Azərbaycanda 10 səyyar kinoteatrın yaradılması təklif olunur

Azərbaycanda 10 səyyar kinoteatrın yaradılması təklif olunur
Azərbaycanda 10 səyyar kinoteatrın yaradılması təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Cəfərov “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" adlı paneldə çıxış edib.

Onun sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən kinoteatrların sayı azdır: “Bu səbəbdən də təklif edərdim ki, ölkə üzrə 10 səyyar kinoteatr yaradılsın. Bununla da kənd və qəsəbələrdə kinolarımızı nümayiş etdirə, daxili bazarda tamaşaçı kütləsini çoxalda bilərik. Ən azından xaricə bazara çıxmaq üçün mexanizmlər olmasa da, heç olmasa daxili bazarı ələ almağa çalışmaq lazımdır. Ümumi problemlər çoxdur. Ona görə də konkret və lokal addımlar atmaq lazımdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...