Aysun biznesinə aid avadanlıqları satışa çıxardı: 150 manat...

Aysun biznesinə aid avadanlıqları satışa çıxardı:
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova bir müddət əvvəl qurduğu biznes məkanlarındakı bütün əşyaları satışa çıxarıb. Yenisabah.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat verib. Aysun həm gözəllik salonuna, həm də geyim dükanına aid olan əşyaları satışa çıxarıb.


Aysun biznesinin iflasa uğradığını deyənlərə də cavab verib. İfaçı daha geniş obyekt açacağı üçün bütün əşyaları satdığını bildirib:

"Biz salonu bağlamırıq, sadəcə məkan olaraq buranı bağlayıb daha böyük yerə keçirik. Ona görə buradakı hər şeyi satırıq. Çünki yeni salonda hər şeyi yeniləyəcəyik. Əgər yeni salon açırsınızsa, bizim salonda olan bütün avadanlıqları əldə edə bilərsiniz, çünki aldığımız qiymətdən iki dəfə ucuz qiymətə satırıq. Bizdə olan mebellər heç bir salonda yoxdur, hamısı öz dizaynımla, mənə özəl hazırlanıb. Qiymətlərimiz də çox münasibdir. Məsələn, tibbi-kosmetoloji çarpayı dəstlərimiz 350, kreslolarımız 150, divan dəstimiz 1000 manatdır. Hamısı da heç istifadə olunmamış kimidir, təptəzədirlər. Hazır biznes kimi də buranı satırıq".

Qeyd edək ki, A.İsmayılova "Aysun_İsmayilova_Beauty Center" gözəllik salonunun və "By Aysun İsmayılova" adlı geyim mağazasının sahibidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...