Xalq artisti: "İbrahim Tatlısəs Şəfiqə xanıma qonarar verməyib"

Xalq artisti: "İbrahim Tatlısəs Şəfiqə xanıma qonarar verməyib"
"İbrahim Tatlısəs "Bu ayrılıq nədən oldu" mahnısına görə Şəfiqə Axundovaya qonarar ödməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib.

Onun sözlərinə görə, Şəfiqə Axundova uzun illər sonra İbrahim Tatlısəslə Azərbaycanda qarşılaşıb:

"Şəfiqə xanım danışırdı ki, İbrahim Tatlısəsin ifasından xəbərim olmayıb. Şəfiqə xanım oğlu Talehlə harasa gedirmiş, qəfildən İbrahim Tatlısəslə qarşılaşıb. Şəfiqə xanım onu saxlayıb, deyib ki, İbrahimsiniz? O da deyib bəli. Şəfiqə xanım da qayıdıb ki, məni tanımadınız? Şəfiqəyəm, mənim "Nədən oldu" adlı mahnımı ifa etmisiniz. İbrahim Tatlısəs Şəfiqə xanımdan üzr istəyib. Deyib ki, bu mahnını oxuduğumdan illər keçib, bu üzdən bəstəkarı unutmuşam.

Bir dəfə də Nüşabə Ələsgərli oğluna kiçik toy edirdi, İbrahim Tatlısəsi də dəvət etmişdi. Orada müğənnilər aman vermədi ki, Şəfiqə xanımla yaxından görüşsün. Axırda İbrahim Tatlısəs dedi ki, heç kəs masalardan durmasın, mən özüm gecəboyu hər kəslə görüşməyə çalışacağam. Bir də baxdıq ki, İbrahim Tatlısəs həmin mahnını oxuya-oxuya Şəfiqə xanıma doğru gəlir. Əllərindən öpdü, elə bil dünya verdi Şəfiqə xanıma. Bu heç kəsin yadından çıxmaz. Əsas odur ki, sənətkara dəyər verilsin. Şəfiqə xanım bu dəyəri görəndən sonra ürəyi açıldı".

Gülyaz Məmmədova deyib ki, İbrahim Tatlısəs həmin mahnıya görə Şəfiqə xanıma qonarar ödəməyib:
Ətraflı

"Onun evində çörək almağa pulu yox idi, amma mahnılarını kiməsə pulla satmazdı. Mahnılarını balaları hesab edirdi, deyirdi ki, qadın da balasını satar? Bacarmadı, bir dəfə də olsun yazdığı mahnıdan kimdənsə qonarar almadı. Amma Gülağa Tənha onun əməyini qarşıladı. Sevincindən uçurdu".

Gülyaz Məmmədova bu il Şəfiqə Axundovanın 100 illik yubileyi ilə bağlı tədbirlərin davam edəcəyini qeyd edib:

"Bu il Şəfiqə xanımın 100 illiyidir, ənənəvi tədbirlərin keçirilməsi davam edəcək. Biz də çalışacayıq ki, onunla bağlı bütün tədbirlərdə iştirak edək".

Qeyd edək ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs uzun illər əvvəl Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. İbrahim Tatlısəs "Bu ayrılıq nədən oldu" mahısına klip çəkdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...