İşğalçı rus ordusunu yada salanlar: Eyyub Yaqubov SSRİ-nin xiffətini çəkir?

İşğalçı rus ordusunu yada salanlar:
23 fevral: “kişilər bayramı”, yoxsa işğalçı ordunun günü. Hər il 23 fevral tarixi yaxınlaşanda ölkədə bu günün qeyd olunub-olunmaması müzakirə edilir. Yaxın tariximizə nəzər yetirdikdə 23 fevralın Azərbaycan üçün ağrılı təqvim olduğunu deyə bilərik. Çünki bu tarix Qırmızı ordu ilə bağlı gündür və SRRİ dövründə “kişilər günü” kimi qeyd olunub.

O Qırmızı ordu ki, Azərbaycan Xalq Cümhuriyyətini işğal etdi, müstəqilliyimizi bərpa etmək istəyəndə Bakıda qırğınlar törətdi. Sual yaranır, Azərbaycanda xalqımızın qanına əli bulanmış bir ordunun günü niyə qeyd olunmalıdır? Bunu qeyd edənlər hansı məntiqə, hansı məzhəbə qulluq edirlər?

Müğənni Eyyub Yaqubov 23 fevralda konsert verməyə hazırlaşır. Konsertin afişasında belə yazılıb: “23 fevral. Eyyub Yaqubov, Kişilər günü. Xanımlara bəysiz giriş qadağandır”.


Eyyub Yaqubov “kişilər günü” üçün yox, əli xalqımızın qanına batmış ordunun “şərəfinə” konsert verir. Bu adam Xalq artisdidir, özünü bu xalqın mədəniyyət nümayəndəsi kimi aparır, amma necə ola bilər ki, onun 23 fevralın xalqın qanına əli batmış orduya aid olduğunu bilmir?!

Bəllidir ki, Eyyub Yaqubovun bundan xəbəri var, 23 fevralın mənasını da yaxşı bilir. Amma görünür, Eyyub Yaqubov və onun kimilər hələ də nostalgiya ilə yaşayır, Azərbayca xalqının adından mükafatlar alır, bu xalqın “artisti” adını daşıyır, amma gerçəkdə xalqın qatili olanları dəstəkləyirlər. Görünür, onlar hələ də SSRİ-nin xiffətini çəkirlər.

Azərbaycanda kişilər günü kimi qeyd olunmağa layiq olan çoxsaylı təqvim var.

– Müzəffər Ordumuzun yaranma günü – 26 iyun.

– Zəfər günü – 8 noyabr.

– 44 günlük müharibənin başa çatdığı gün – 10 noyabr.

Bu təqvimlərdən biri kişilər günü olaraq qeyd edilə bilər. Əgər kişilər günü rəsmi səviyyədə elan olunmursa, bu o demək deyil ki, Eyyub Yaqubov kimilər işğalçı ordunun günün Azərbaycan xalqına “bayram” kimi sırımalıdır. Bunu etmək istəyənlərin nə bu ölkədə, nə də cəmiyyətdə yer olmamalıdır. Eyyub Yaqubov da işğalçıların xiffətini çəkirsə, bu xalqı artisti ola bilməz!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...