Şəbnəmlə Vəfa arasında QALMAQAL: “Heç vaxt adam olmayacaqsan”

Şəbnəmlə Vəfa arasında QALMAQAL:
Müğənnilər - Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqal davam edib.
Oxu.Az xəbər verir ki, Vəfa Şərifova “Instagram”ın hekayə bölümündə Şəbnəm Tovuzlunun ünvanına xoşagəlməz sözlər yazıb:
“Daha bəsdir, bu qədər reklam. Dəyərli, “qocaman” sənətçimiz. İllərdir mahnın tutmur, reklamın da yox idi. Ödənişli paylaşımlarından başqa. Sayəmdə yenə reklam olundun. Videoları montaj edən zaman utanmadın, amma zil oxuyanda mənim pərt olacağımı düşündün? Təklifim hələ də qüvvədədir. Gəl və dövranının getdiyini qəbullan”.
Şəbnəm Tovuzlu isə “Instagram” da video paylaşaraq həmkarını sərt şəkildə tənqid edib:
“Deyirsən ki, indi dövran mənimdir. Əslində, dövran heç vaxt sənin olmayıb. Həqiqətən sənə yazığım gəlir. Nə sənətin, nə danışıq qabiliyyətin var. Sən kiməsə reklam vermirsən, sən reklamlı insanlardan yapışırsan. Mənə təklif edilən toylardan imtina edəndən sonra sənə deyilir. Getdiyin qiymət də bəllidir. Sadəcə səni efirdə pərt etmək istəmədim. Həddini aşma, özünü mələk kimi aparma. Əslində, sənin heç bir mahnın tutmur.
Şəbnəmin hitləri bir ömür ona bəsdir. Hələ davamı da gəlir. Yerini, danışığını bil, elə etmə önünə keçim. Heç vaxt adam olmayacaqsan”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...