"Dedilər ərin Şəmkirlidir, pulu var, ona görə xəyanətini bağışladın" - Nagehan

"Dedilər ərin Şəmkirlidir, pulu var, ona görə xəyanətini bağışladın" -
"Dedilər ərin Şəmkirlidir, pulu var, ona görə xəyanətini bağışladın. Pullu kişini niyə bağışlamayasan?".

Publika.az xəbər verir ki, bu sözləri Azxeber.com-a müsahibəsində bloger Nagehan Abdullayeva deyib.

O, barışmasını reklam adlandıran insanlara cavab verib:

"Bu əsla belə deyil, Aysel. Cütlük olaraq çəkildiyimiz reklam çarxlarına gəlin baxaq. 10 dənə reklam varsa, 4-də cütlük kimiyik. Qalan 6-da mən təkəm. Bəs mənim əməyim? Hətta deyirlər ki, "Sənin yoldaşın Şəmkirlidir. O qədər pulu var ki, sən ona görə onun xəyanətini bağışlamısan. Pullu kişini niyə bağışlamayasan? İnsan əri pulludur deyə aldadılmağı necə bağışlaya bilər? Mən bunu özümə sığışdırmaram axı. Buna görə onu bağılamış olsam mən niyə bu qədər işləyirəm? Ayaqlarımı uzadaram, onun pulunu yeyərəm. Fəridin ürəyi zəngindir, o çox yaxşı insandır, tərbiyəlidir. Cibində 20 qəpiyi varsa, onu ehtiyacı olana verər, əsla özünü fikirləşməz. Bu elə mənim işlə çox məşqul olduğum dönəmlərə təsadüf etdi. Pişim-pişim edərək başını bişirmişdilər. Bağışlamışam və bitib. Çünki müalicəsini almışam. Əvvəl başına çox vurdum, hər davamızda deyirdim, xatırlayırdım. Özümə əngəl ola bilmirdim. Sonra Fərid dedi daha bəsdir. Anladım ki, onu xatırlamaqla ancaq özümə ziyan edirəm və artıq xatırlamıram".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...