"Azərbaycan Atabəyləri"i tənqid edildi: Uğursuz rejissor işi, saxta aktyor oyunu, populist ssenari..
"Azərbaycan Atabəyləri"i tənqid edildi: Uğursuz rejissor işi, saxta aktyor oyunu, populist ssenari...
Dekabrın 3-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala-premyerası keçirildi. "Şahdağfilm", Türkiyənin "İkinciYeni Film”, "Patik Prodüksiyon” və "Ernet Grup” prodakşnlarının birgə səyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda, Azərbaycan Respublikası Kino Agentliyinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn filmin premyerasında iynə atsaydın yerə düşməzdi. Rəsmi qonaqlar, filmin yaradıcı heyəti, incəsənət xadimləri hamılıqla gecədə iştirak edirdi.
Böyük ruh yüksəkliyi ilə keçirilən premyeradan sonra sosial şəbəkələrdə "Azərbaycan Atabəyləri" filmi tənqid atəşinə tuş gəlib. Hətta ayrı-ayrı tanınan ziyalılar da filmi tənqid edib. Məsələn, tanınmış vəkil Əkrəm Həsənov sosial şəbəkədə belə yazıb:
"Çəkə bilmirsinizsə, çəkməyin. "Azərbaycan Atabəyləri" bədii-sənədli filminə baxdım. Şedevr gözləmirdim, amma nəsə normal bir şey gözləyirdim. Aşağı səviyyəli filmdir. Türkiyədə bundan səviyyəli tarixi serial bölümlərini bir neçə həftəyə çəkirlər. Biz isə bir neçə il ərzində ortaya bunu qoya bilmişik. "Babək", "Nəsimi" və digər möhtəşəm tarixi filmləri çəkmiş ölkədə belə "tarixi” filmin ərsəyə gətirilməsi biabırçılıqdır. "Vətəndaş A” serialı bədii baxımdan daha uğurludur. Aktyor işi də orada daha səviyyəlidir. Burada isə Mehriban Zəkidən (Möminə Xatun rolunda) başqa digər aktyorların işi zəifdir. Atabəy Qara Sunqurun rolunu oynamış aktyor faktura baxımdan adekvat olsa da, səsi və diksiyası qeyri-qənaətbəxşdir. Atabəy Şəmsəddin Eldəniz obrazını canlandırmış aktyor daha uyğun olsa da (o cümlədən monqoloid cizgiləri qıpçaq olmuş Şəmsəddinə adekvatdır), onu da gərək başqa aktyor səsləndirərdi. Şəmsəddinin oğlunu oynamış aktyor isə atasından daha yaşlı görünür. Döyüş səhnələri də primitivdir. Filmdə dinamika aşağıdır, uzunçuluq var, gənclər üçün ona baxmaq rahat olmayacaq... Filmin sənədli tərəfi isə əsasən tarixi həqiqətlərə uyğun deyil. Filmin sonunda "Turan”a işarə edilməsi yersizdir. Türkiyənin tarixi filmlərində heç vaxt mifik Turan haqda söz açılmır, onlar üçün önəmli olan Osmanlı tarixidir. Odur ki, gəlin biz də Azərbaycan və azərbaycançılıq ruhunda filmlər çəkək. Bu filmlərin bədii səviyyəsi yüksək olsun və tarixi həqiqətlərə də yaxın olsun. Aşkar yalançı təbliğata ehtiyac yoxdur...".
Kinoşünas Hacıbala Səfərov "Azərbaycan Atabəyləri” filminin premyerasına dəvət olunduğunu bildirib:
"Sağ olsunlar. Film haqda nəsə deməyəcəm, amma bunu deyim ki, Azərbaycanda dövlət pulu ilə xarici rejissora layihə vermək dövlət səviyyəsində qadağan edilməlidir. Özümüzkülər çəksin, lap pis çəksələr də olar, amma özümüzkülər çəksinlər, təcrübə qazansınlar. Qazandıqları pulla bir dərdlərinə dərman etsinlər, kiminsə yanında and içə bilsinlər ki, mən də kinodan pul qazanmışam, özümə maşın almışam, ipotekanın ilkin ödənişini filmin qonorarı ilə bağlamışam. Heç olmasa dövlətin pulu ilə kiminsə maddi rifahı müvəqqəti düzələr, həyatında yaxşılığa doğru dəyişiklik olar".
Bəs, "Azərbaycan Atabəyləri” filmi niyə Azərbaycan rejissorlarına deyil, əcnəbilərə həvalə edilib?
Künotənqidçi, Əməkdar Mədəniyyət İşçisi Aydın Kazımzadə, Aygün Aslanlı, Sevda Sultanova Qaynarinfo-ya açıqlamalarında filmə baxmadıqları üçün onunla bağlı fikir bildirmək istəmədiklərini deyiblər.
...Xalq artisti, Azərbaycan Kinomotoqrafçılar Birliyinin (AKB) sədri Rasim Balayev isə zəngimizi xoş qarşılasa da, mövzunun "Azərbaycan Atabəyləri"indən getdiyini bildikdə tələm-tələsik vidalaşmaq istədi.
"Xəstəyəm, qrip olmuşam. Vəziyyətim yaxşı deyil, qızdırmam da var, üzrlü sayın", deyib dəstəyi asdı.
Tənqidçi Əlisəfdar Hüseynov isə ümumiyyətlə, belə bir filmin çəkilməsindən xəbərsiz olduğunu dedi:
"Nə film? Nə vaxt çəkiblər? Harda çəkiblər? Kim çəkib bu filmi? Mən belə bir filmin çəkilməsindən xəbərsizəm”.
Azərbaycan kinorejissoru və kinoşünası Ayaz Salayev "Azərbaycan Atabəyləri” filmini tənqid edənləri dəstəklədiyini vurğuladı:
"Düz edib tənqid edirlər. Birincisi, bu filmi çəkmək üçün niyə xaricdən rejissorlar dəvət edirlər? Bu, düzgün deyil. Əgər kimisə film çəkməyə dəvət edirlərsə, heç olmasa güclü rejissorlar dəvət edilsin, küçədən keçənlər yox. İkinci əsas məsələ Gürcüstanla müharibə mövzusu bu gün bizə heç lazım deyil. Bu, böyük siyasi səhvdir. Bircə bu çatmırdı. Gürcüstan bu filmə görə nota verə bilər. Bu, böyük siyasi səhvdir ki, indi Gürcüstanla müharibə haqqında film çəkirlər. Üçüncüsü, film bədii cəhətdən çox zəifdir, ssenaridə keçmişin abı-havası yoxdur”.
Ayaz Salayev hesab edir ki, rejissorlar keçmişin abı-havasını duymalıdır:
"Atabəylərin mədəniyyəti haqqında bir kəlmə də deyilmir. Ancaq baş kəsib, vuruşular. Fasilələrdə də gurultulu şüar söyləyirlər”.
"Film Azərbaycan rejissorlarına niyə həvalə edilməyib" sualına Ayaz Salayevin cavabı belə oldu:
"Buna cavab vermək çətindir. Konkret adamların adını çəkmək lazımdır. Yəni, hansı rejissor məsələn? Rejissor deyəndə siz kimi nəzərdə tutursunuz?”.
"Elə biri siz Ayaz Salayev. Sizə həvalə edilsəydi, filmin rejissoru Məcit Güvəndən yaxşı çəkə bilməzdiniz” sualına kinoşünas belə cavab verib:
”Heç vaxt razı olmazdım. Mən bu mövzuya yaxın da gəlməzdim. Çünkü Azərbaycanda tarixi film çəkməyə texniki imkanlarımız da yoxdur. Mənim bir neçə tarixi ideyalarım var. Bilirəm ki, bunu heç vaxt çəkməyəcəm. Bu, mümkün deyil. Kim bu filmi tənqid edirsə, düz edir. Mən rejissorlara savadlı olmağı tövsiyyə edərdim. Və filmlərin də savadlı rejissorlara həvalə edilməsini arzu edərdim”.
Qeyd edək ki, "Azərbaycan Atabəylər” filminin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən "İkinciYeni Fim”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur. Filmdə dünyaşöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz, İlqar Mehti isə Qara Sunqur obrazını ifa edir. Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər aktyorları rol alıb. Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.
496 dəfə oxundu