İlhamə Quliyeva coşdu: "Onu pis günə qoyacam" VİDEO

İlhamə Quliyeva coşdu: "Onu pis günə qoyacam"

Xalq artisti İlhamə Quliyeva afrikalı uşağı övladlığa götürməsindən danışdı. ANS PRESS-in məlumatına görə, səhnəmizin primadonnası "Günə Baxan"ın birbaşa efirində məsələ ilə bağlı açıqlama verib. Azərbaycanın və Dağıstanın Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenləri sahibəsi İlhamə xanım bu istəyinin birmənalı qarşılanmamasına münasibət bildirdi: "Mənim bir dostum Afrika ölkələrinin birində səfir işləyir. Onun xanımı ilə tez-tez zəngləşirik. Hər dəfə zəngləşəndə mənə oradakı uşaqların necə acınacaqlı vəziyyətdə yaşadığından bəhs edir. O xanım bir dəfə dedi ki, burada uşaqlar küçələrdə gözümüzün qabağında susuzluqdan, acından qırılır. Gündə təxminən 150 uşaq ölür".

Dostumun xanımının bu sözləri ürəyimi ağrıtdı. Bu dəhşətdir. Onlar da bir canlıdır, onları da bir ana 9 ay bətnində gəzdirib, doğub. O xanıma dedim ki, vəsait göndərim, sən o uşaqlardan birini himayənə götür. Bütün xərcləri mən çəkəcəm. Buna imkanım var. O uşağın hər bir ehtiyacını göndərəcəm. O da bir canlıdır. Niyə də etməyim? Qaradır deyə etməyim? İndi bəziləri mənim bu hərəkətimə qara don geyindirirlər ki, İlhamə xanım, öz uşaqlarımdan birini götürmür uşaqlığa?

Mən heç kimi övladlığa götürmürəm, mənim övladım da var, nəvəm də. Xarici sənətçilər Afrikadan övladlığa uşaq götürə bilir, biz yox! Mənim bu hərəkətim dünyəvidir. Mən dünyəvi sənətkaram, mən türk sənət kraliçasıyam. Mən tək adamam, övladlığa heç kimi götürmək fikrim yoxdur. Amma lazım olsa kömək edə bilərəm. Ömrüm boyu yaxşılıq etmişəm, edəcəm də. Kim mənim bu addımımı pisləyirsə, mən onu məhkəməyə verib, pis günə qoyacam!".






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...