Lalə Məmmədova: “Sevgim bakirə olmayıb“
Əməkdar artist Lalə Məmmədova Ülviyyə Alovlunun aparıcılıq etdiyi "Əslində mən" verilişinin qonağı olub
Müğənni keçmiş həyat yoldaşı İlham bəydən danışıb:
"Mən ziyalı insanların oğlu ilə ailə qurdum. İki övladım dünyaya gəldi. Həyatımda heç bir şeyə peşman deyiləm. Heç kim həyatdan sığortalanmayıb. Bəzən insan həyatında elə hadisələr baş verir ki... Bir gecənin içərisində böyüdüm. 35 yaşımda özümü 50 yaşındakı qadın kimi hiss etdim. İnsan yalnız özünə güvənməlidir. Ailə qala kimi yerdir. Orada baş verənlərdən heç kəs xəbər tutmamalıdır. Mənim də ailəmdə nələrsə oldu. Bunları isə bir o, bir mən biləcəm. Ailə qurana qədər görüşdüyüm biri olmamışdı. Yaxınlaşıb evlilik təklif edənlər olurdu. Amma şərt qoyurdular ki, müğənniliyi at. Həyat yoldaşımı seçərkən ilk sözü bu oldu: "Oxumağına qarşı deyiləm". Musiqini anlayan biri idi".
İfaçı ikinci dəfə ailə qurub-qurmayacağı ilə bağlı suallara belə cavab verib:
"Qismət. Həyat davam edir. Amma bu dəfə tələblərin daha çox olacaq. Hazırda həyatımda ən önəmli olan övladlarımdır. Onları böyüdüb, təhsil verəcəm. Bizdə ikinci dəfə ailə qurmağa yaxşı baxmırlar. Niyə? Axı, hər kəs xoşbəxt olmaq istəyir. Ailə qurulanda sevgi olmalıdır. Evlənməyə iki nəfər qərar verməlidir. Nə qədər güclü olmağa çalışsam da, mən qadınam. Qadınlar zəif məxluqdur".
L.Məmmədova musiqi sevgisindən də bəhs edib:
"İnsan dünyaya bakirə gəlir. Hisslərimiz təmiz olur. Mən bakirə doğulsam da, sevgim bakirə olmayıb. Musiqini çox sevirdim. Buna görə də açıq deyirəm ki, dünyaya gələndə sevgim bakirə olmayıb. Anam müğənni olmağıma narazı idi. Amma atam yanımda oldu. Ailə qurana qədər hər yerə onunla gedirdim". (axsam.az)
1604 dəfə oxundu