Elza 6 mərtəbəli şlyapasından danışdı FOTOLAR

Elza 6 mərtəbəli şlyapasından danışdı

Əməkdar artist Elza Seyidcahan öz geyimi ilə yenidən hər kəsi təəccübləndirə bilib.
Musavat.com xəbər verir ki, “Azərbaycanın səsi” musiqi yarışmasının münsif kürsüsündə əyləşən bəstəkar-müğənni 6 şlyapanı üst-üstə taxıb.

Elza Seyidcahan yeni geyimi ilə bağlı əməkdaşımıza danışıb. Əməkdar artistin sözlərinə görə, nüfuzu artdıqca şlyapaların da sayı artacaq: ““Azərbaycanın səsi” musiqi yarışmasının bu ilə olan ilk verilişi olduğundan maraqlı geyimlə seçilməyə çalışdım. Vaxtilə dəbin mərkəzi sayılan Fransada xanımlar nə qədər çox işgüzar olurdularsa bir o qdər şlyapaları hündür olurmuş. Hətta bəzən bu onlara maneçilik törətdiyinə görə hündürşlyapalı qadınlar üçün ayrıca qapılar hazırlanırmış.
Mənim də nə qədər işgüzarlığım artacaqsa, şlyapamın da mərtəbələri bir o qədər artacaq”.
Elza Seyidcahan öz geyimləri ilə gənclərə bir nümunə olduğunu dedi:

“Mən həmişə yenilik edəndə çalışıram ki, gənclərin zövqünü pozmayım. Gənclərimizə daima mədəniyyətimizi, klassikamzı təbliğ edirəm. Həmişə analoqu olmayan yeniliklər, müzakirələr, münaqişlərə mən imza atmışam.
Doğrudur, bütün bunlara istehza ilə yanaşanlar da oldu. Lakin zaman göstərdi ki, mən həmişə doğru yoldayam. Mənim yeniliklərimi anlamayanlara sadəcə anormal deyirəm.
Deyim ki, yeni şlyapam ortalığa çıxan kimi hər kəs mənə yalnız yaxşı rəy və fikir bildirdi. Hətta xarici ölklərdən elə mənə bu barədə yazanlar var. Şəkillərimi sosial şəbəkəsə paylaşanda 10 mindən çox baxış və “like” gəldi”.

Elza 6 mərtəbəli şlyapasından danışdı
Elza 6 mərtəbəli şlyapasından danışdı


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...