Könül Xasıyevanın səhhəti pisləşdi

Könül Xasıyevanın səhhəti pisləşdi


Xalq artisti Könül Xasıyevanın səhhəti pisləşib.

Ağrılar içində Lent.az-a danışan xalq artisti bildirib ki, 2 ildir, səhhətindəki problemlərlə mübarizə aparır:

“Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Yanımda bacım, xalam qızı qalır. Onlar baxır mənə. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...