Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür - FOTOLAR

Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür -

Dubay polisi imicini yüksəltmək və xalqla arasındakı baryeri azaltmaq üçün 2013-cü ildən etibarən
dünyanın ən sürətli və bahalı avtomobillərindən istifadə edir. Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, Dubay Polis Təşkilatına aid super avtomobillərdən birincisi “Bugatti Veyron”dur.


Dünyanın ən sürətli maşını kimi Ginnesin Rekordlar Kitabına düşən bu nəqliyyat vasitəsi 404 kilometrədək sürət yığa bilir. 0-100 kilometr sürət artırması üçün isə 2,5 saniyə vaxt lazımdır. 16 silindirli motoru 1000 at gücündədir.

Daha əvvəlki rekord isə italyan polisinə aid “Lamborghini Gallardo LP560-4”ə məxsus idi və sürəti 370 km-ədək çatmışdı.

Dubay polisinin istifadə etdiyi ikinci ən sürətli avtomobil isə “Aston Martin”dir. Sürəti 354 km-dir. 0-100 km sürət üçün 3,7 saniyə vaxt lazım olur.

Növbədə “Lamborgini Aventador” və “Ferrari FF”dir. “Lamborgini Aventador” Dubay polisi üçün xüsusi olaraq hazırlanıb və sürəti 349 km-dir. “Ferrari FF”in sürəti 334 km-dir və 0-100 km sürət üçün 3,7 saniyə tələb olunur.
Digər polis maşını isə “Bentley Continental GT” 331 km sürətə malikdir.


Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür -
Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür -
Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür -
Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür -
Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür -
Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...