Teleaparıcı Vüsalə: "Ən böyük stressim şəxsi həyatımla bağlı olub"

Teleaparıcı Vüsalə: "Ən böyük stressim şəxsi həyatımla bağlı olub"


"Ən böyük stressim şəxsi həyatımla bağlı olub. O da illər öncə olub və artıq keçib gedib. Əslində indiki ağlım olsaydı, o stressi yaşamazdım". Gundeminfo.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Vüsalə Kərimova Milli.Az-a açıqlamasında çəkisindən danışarkən deyib:

"Mən nə kökəlirəm, nə də ki, arıqlayıram. Normalda 60 kilodan çox olmuram. Ən az çəkim isə57 kilo olub. Bu 3 kilo fərq məni çox kök və arıq göstərir. Hamı elə bilir ki, tez-tez arıqlayıb kökəlirəm. Mən o qədər də çox yemirəm ki, artıq çəki alım. Məni stress, işin çoxluğu arıqlada bilər. Çünki stress olanda mən çox yeyən adamlardan deyiləm. Desəm ki, tez-tez stressə düşürəm, bu, yalan olar. "



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...