“Protiv” gedən sürücü əlini çiyninə vurub “paqonam” deyir - VİDEO

“Protiv” gedən sürücü əlini çiyninə vurub “paqonam” deyir -

İyulun 9-da Bakının Yasamal rayonunda özünü polis kimi təqdim edərək qaydaları pozan sürücü Avtosfer.az-ın əməkdaşının kamerasına düşüb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən çıxan 90-ER-174 qeydiyyat nişanlı "Walksvagen" markalı avtomobilin sürücüsü birtərəfli yolun tam olaraq əksinə çıxıb yolda hərəkət edən sürücülərə, o cümlədən əməkdaşımızın hərəkətinə mane olub. Əməkdaşımız onu bu hərəkətindən yayındırmaq istəsədə, o əlini çiyninə vuraraq polis olmasına işarə edib və qayda pozmaqda davam edib.

Qeyd edək ki, həmin avtomobilin sürücüsü əks istiqamətə çıxaraq DYP-nin cərimə meydançasına daxil olub.
Ümid edirik ki, həmin sürücü cəzasız qalmayacaq və o da nə vaxtsa anlayacaq ki, yol qəzası zamanı paqon heç kimi qorumur...





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...