“Allah hamıya ərim kimi kişi qismət etsin” - Rəqsanə
“Heç kimə borcum yoxdur. Telefonlarım 24 saat açıqdır. Heç kimdən gizlənmirəm, qaçmıram. Azərbaycana gəlməməyimin səbəbi Moskvadakı işlərimdir”. Gundeminfo.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. Sənətçi artıq bir ilə yaxındır ki, Azərbaycana gəlməməsinin səbəblərindən danışıb.
O, borcu olduğu üçün buradan qaçma xəbərlərinə münasibət bildirib: “Özüm Bakıda olmasam da, işçilərim oradadır. Hamısı da telefona cavab verir. Rəqsanəni dünyanın bir çox yerində tanıyırlar. Heç nədən qaçan biri deyiləm. Bir ara da xəbər çıxdı ki, guya telekanallar məni "qara siyahı"ya atıb. Hamısı yalandır. Hazırda Moskvada işlərim çoxdur. Ona görə də, Bakıya gələ bilmirəm. İstəmirəm gəlib orada bir klip təqdim edim. Mən gedib ağac altında durub klip çəkdirənlərdən deyiləm. Səviyyəli iş görürəm. İstəyirəm gəlim, 5 klip, 5 yeni fotosessiya, albom təqdim edim, konsert verim. Hamı mənim işlərimdən danışsın”.
Müğənni həyat yoldaşından söz açıb:
“Həyatımdan o qədər razıyam ki.. Kaş ki yoldaşımı illər əvvəl tanıyardım. Çox xoşbəxtəm ki, ailəmin, mənim arxamda belə bir kişi var. Ailə həyatım gözəl gedir. Allah hər bir qadının qarşısına mənim yoldaşım kimi kişi çıxarsın”.
Rəqsanə deyib ki, Moskvada tikdirdiyi şadlıq evini ona əri verib:
“Yoldaşımın “Qız qalası” adlı restoranı var idi. Onu sökdürüb yerində böyük şadlıq evi tikdirdik. Onun bütün işini mənə verib. İndi başım oranın dizaynına qarışıb. Hər şeyin çox yüksək səviyyədə olmasını istəyirəm. Sentyabrda mütləq açılış etməliyik”.
1193 dəfə oxundu