Elzanın "Xalqın şairi"ndən getməyinin səbəbi BU İMİŞ — RƏSMİ AÇIQLAMA
ARB TV efirində yayımlanan "Xalqın şairi" layihəsindən uzaqlaşdırılmasıyla bağlı xəbərlər münasibət bildirib.
Telekanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov "Ölkə.Az"-a bildirib ki, məsələ heç də mətbuatda işıqlandırıldığı kimi deyil:
"Bəzi saytların dünəndən yazdığı kimi Elza Seydicahan ARB TV-nin "Xalqın şairi" verilişindən heç də uzaqlaşdırılmayıb. Bəzi KİV-in yazdığına görə, guya biz tənqidlərdən sonra onu uzaqlaşdırmışıq. Layihənin formatı var. Bu formata görə orada dörd münsif olmalıydı. Üçü daimi, biri dəyişən münsifdir. Bu barədə Elza Seyidcahanın özünə də bildirilmişdi. Sabah Elza xanımın yerinə başqa müğənni də, bəstəkar da, prodüser, yaxud aparıcı da ola bilər. Elza xanımın layihədən getməsi tənqidlərin nəticəsi deyil və verilişdən uzaqlaşdırmadan söhbət gedə bilməz".
Qeyd edək ki, sözügedən telelayihənin digər münsifləri şairlər Qulu Ağsəs və Baba Vəziroğlu, həmçinin profesor Nizaməddin Şəmsizadədir.
1262 dəfə oxundu