“Kamran məni bacısı ilə tora saldı” - Samir Piriyev
"ARB Ulduz”un"Şou məkan”verilişinin qonağı olan müğənniSamir Piriyevmaraqlı açıqlamalar verib.
Müğənni ilk olaraq Kamran Həsənli ilə aralarında yaranan qalmaqaldan danışdı:
"Mən hüquq mühafizə orqanlarına müraciət edib haqqımı tələb etmişəm. Çünki bildiyiniz kimi, Kamran Həsənli tərəfindən aldadılmışam. Və bu adam məni mahircəsinə aldadıb tora salıb. 8-9 il əvvəl evimi, maşınımı satıb bu adama 115 min manat pul vermişəm. Düzdür, pulun bir hissəsini qaytarıb. Maşın verib pulun əvəzində, sonra 15 min əlavə pul verib. Yerdə qalan 80 min manat məbləği verməyib. Deyir ki, get nə edirsən et, mənim verəcək pulum yoxdur. Mən də dedim ki, qardaş, mən sənə əlimlə pul vermişəm. Artıq ox yaydan çıxıb. Mənimlə Kamran Həsənli arasında böyük bir qalmaqal var. Aldadılan və zərər görən tərəfəm”.
Aldadılan və zərər görən tərəf kimi hələlik geri qalan məbləği Kamran Həsənlidən ala bilməyən Samir Piriyev haqq-ədalətin bərpa olunacağına inanır:
"O mənim ailəmin ruzisidir. Mən qan-tərlə, qəpik-qəpik yığıb ev almışdım. Onun da axırı belə oldu. Mən də ailəmin, balalarımın haqqını Kamrana yedizdirməyəcəm. Bu məsələdə öz haqqımı tələb edirəm və inanıram ki, düzgün qərar veriləcək. O mənə deyəndə ki, belə bir iş var, mən də inanırdım. Bir yerdə toylarda işləyirdik. O qədər pafosla türkçülük belə, ərənlik elə danışırdı ki, inanırdım. Deyirdi ki, özümü batıraram, səni yox. Məni o qədər inandırmışdı ki. O insan mənim sadəlövlüyümdən istifadə edib məni aldatdı. Sözün əsl mənasında məni bacısı Gülərlə tora sala bildi”.
Samir qarşı tərəfin bütün açıqlamalarına qarşı faktlarla çıxış edəcəyini söylədi:
"Kamran hər yerdə yalan açıqlamalar verir.Özünə də demişəm ki, mən faktla danışacam. Mən ona faktla sübut edəcəm ki, o məni aldadıb”.
Samir Piriyev son olaraq ortalıqda dolanan səs yazıları məsələsinə də aydınlıq gətirdi:
"Məni gözdən salmaq üçün Kamran Həsənli iddia edir ki, mən onun səsini yazmışam. 1 ayın içində bu mənə dedi ki, şirkət iflasa uğradı. Mən onda barmağımı dişlədim ki, bu, məni aldadır. Ondan sonra bütün danışıqlarımızın səs yazısını, ismarışları saxladım. Mənim bundan başqa çıxış yolum yox idi. Bütün faktları protokol şəklində istintaqa təqdim etdim. Demir mən yalan danışıram. Mənim səs yazılarımı çıxarsın. Demir ki, mən səhmdaram, üç yüz min pul yatırmışam. Nə isə çıxartsın ki, 5 manat pul yatırıb. Bu, məni tora salmaq üçün yaxşıca işlənilmiş plan idi”.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
1326 dəfə oxundu