Dado Natavanla boşanması xəbərindən danışdı: "Nata, məni bağışla"

Dado Natavanla boşanması xəbərindən danışdı:

Reper Dado Əliyev müğənni Natavan Həbibi ilə boşanması xəbərinə münasibət bildirib.

Reper bu barədə status yazıb və onların saxta evlilik xəbərini iddia edənlərə cavab verib: "Heç bilmirəm son zamanlar bizdən yazılan hansı xəbərdən danışım. Ailəmizin dağılmağından, yoxsa uydurma xəbərlərdən? Mən elə kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum.

Adam kişi olar. Bu söhbəti yaradanlarla başqa cür danışarıq...

Ortada şər və böhtan var. Bəlkə kimsə özünü bu rolda görür, belə addımlara normal baxır, düşünür ki, şou-biznes insanlarıdır... Xeyr... Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılır. Bu nə biabırçılıqdır edirsiniz?
Ailəmə toxunmayın. Natavan, olanlara görə məni bağışla, sən mənim ailəmsən. Mən sona qədər ailəmizin dağılmasına imkan verməyəcəm. Səni çox sevirəm”.

Qeyd edək ki, cütlüyün toyu iyulda olub.
///Lent.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...