Aygünün ərə getdiyi şəxsin kimliyi açıqlandı: 150 minlik orkestr gəlir
Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ərə gedir. Gundeminfo.az-ın axşam.az-ın məlumatına görə, xanəndənin prodüseri Sultan "Günə son" proqramında toyla bağlı sirləri açıb:
"Aygün Bəylərin ailə quracağı şəxs 48 yaşındadır. Avqustun əvvəlində Bakıda Buzovna kəndində olan el şənliyində tanış olublar. Neçə illərdi Moskvada yaşayır. İş adamıdır. Bir dəfə ailə qurub və boşanıb.
30 min dollarlıq gəlinlik də yalan deyil. Pulu mən Türkiyədə modelyerə vermişəm. Toy dekabrın 27-də olacaq. Bakıda möhtəşəm bir toy keçiriləcək. 150 minlik ansambl Türkiyədən Bakıya gələcək. Məşhur türkiyəli müğənni toya gətiriləcək.
Toydan sonra Aygün Bəylər adlı xanəndə artıq olmayacq. O, özü ərə getdikdən sonra müğənnilik etmək istəmədiyini deyib. Yoldaşı qısqanc biridir. İstəmirdim sənəti atsın, amma razılaşmadılar. Toyun təşkilatçısı mən idim, amma imtina etdim. Mətbuat da buraxılmayacaq. Çünki hər tərəfə cangüdənlər düzüləcək".
Qeyd edək ki, Aygün Bəylərin həyat yoldaşının nazirlərdən bininin qohumu olduğu deyilir.
1236 dəfə oxundu