“Mən də heç olmasa silikondu, onun arxası da yoxdur” - Nigardan Röyaya sərt cavab

“Mən də heç olmasa silikondu, onun arxası da yoxdur”  -

Nigardan Röyaya sərt cavab: “Mən də heç olmasa silikondu, onun arxası da yoxdur”

Əməkdar artist Röya Ayxan ilə müğənni Nigar Camal arasında qalmaqal daha da böyüyür.
AZXEBER.COM xəbər verir ki, müğənni Nigar Camal sosial şəbəkədə Röyanın ittihamlarına cavab verib:
"Kaş ki, Miri Yusif kimi mən də təqdimata getməzdim. Oranı mənə çox təriflədilər. Heç "MUZ TV” mükafatları qədər deyil. Röya həmin günü həm məni, həm də Samir Cavadzadəni instaqramda bloka atıb. Çünki biz duet oxuyacağıq. Əvvəlcədən ora gedəndə hamı bilirdi ki, qalib Röyadır. Kompleksi olan insanlar belə açıqlamalar verə bilər. Kimin sözü varsa, zəng vurub desin. Çıxıb efirdən bədənimi süni adlandırmaq lazım deyil.

Özlərində yoxdur deyə mənimkinə sataşırlar. Qaldı ki, mən Anarın anasıyam ki,(red: Röyanın keçmiş əri) Röyanı makiyaj etməyə qoymayım?”

Qeyd edək ki, ötən gün Röya açıqlamasında "Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı” deyərək Nigar Camala söz atmışdı.

Onu da bildirək ki, məşhur xanımlar arasında qalmaqal Türkiyədə keçirilən "Altın Kelebek” mükafat mərasimindən başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...