Kamran-Samir qalmaqalı həllini tapmır: "Bu qədər fakt ola -ola..."

Kamran-Samir qalmaqalı həllini tapmır:

"Artıq biz doğrudan da şahid olduq ki, Kamran Həsənli öz havadarları ilə hüquqa güc gəldi. Bu çox məyusedici haldır. Faktlar, səs yazıları təqdim olunur, insan özü etiraf edir ki, 35 min dollara yaxın dələduzluq yolu ilə əldə etdiyi pulu qaytarıb, amma bir tədbir görülmür".

Bu sözləri müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov musavat.com-a açıqlamasında deyib. O bildirib ki, müğənni ilə aparıcı arasında yaşanan pul qalmaqalı həllini tapmır:

"Kamranın şəriki kimi istintaqa təqdim olunan adam Türkiyədə saxlanılır və ifadə verir ki, Samirdən heç bir pul almayıb, getsin pulu Kamrandan alsın, çünki Samiri Kamran Bakıda adadaraq o pulu alıb. Bu qədər fakt ola-ola cinayət işi 2 ilə yaxındır uzadılır. Göstəriş oldu ki, Türkiyə vətəndaşı Erhan yenidən Bakıya gətirilsin və dindirilsin. İndi o Bakıya gəlmirsə, demək, işə xitam verilməlidir? Erhan əsl həqiqəti Türkiyədə saxlanılanda deyib. Anlamırıq ki, istintaqa başqa nə lazımdır? Artıq belə çıxır ki, dələduzluq et, Bakıda kimdənsə pul al, sonra da istintaqa de ki, pul məndə deyil, 3-cü ölkədə filankəsdədir. Oradan da heç bir sənəd təqdim etməyən biri desin ki, mənə heç kim pul verməyib və dələduz cəzasız qalsın? Kamran Həsənli işi ört-basdır edən şəxslərə tanınmış restoranın birində hər gün qonaqlıq versin, işin bağlanılmağını qeyd eləsin. Kamrana lazım olanda türkü bir günə gətizdirmişdi. İndi isə gəlmir. Nə oldu nə dəyişdi?"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...