Nura Suri: “Tünzalə özünü üstün görür, deputat olmaq istəyir”

Nura Suri: “Tünzalə özünü üstün görür, deputat olmaq istəyir”

Bu həftə “ATV maqazin 10-larla” verilişinin “Hit-parad” rubrikasının qonağı müğənni Nura Suri olub.

Musavat.com xəbər verir ki, müğənninin əməkdar artist Tünzalə Ağayeva ilə bağlı fikirləri diqqət çəkib.

Onu doqquzuncu görən N.Suri T.Ağayevanın özünü yuxarıdan apardığını söyləyib: “Ötən dəfə sizin verilişə baxandan sonra Tünzalədən çox şey öyrəndim. Gülə-gülə hamını çıxaranda da, saxlayanda da sözlərini elə qəşəng dedi ki… Tünzalə Ağayevanın hit mahnıları çoxdur. Ancaq “Təqvim” mahnısı o birilərdən güclü deyil. Hit mahnı olmadı”.

Nura Suri tədbirlərin birində Tünzalə ilə salamlaşmamaları xəbərinə də aydınlıq gətirib: “Ola bilsin ki, mən onu tədbirdə görməmişəm. Ora tünd saçlarla qatılmışdım. Çox adam tanımaqda çətinlik çəkdi. Bir-birimizin yanından keçdik. O, diqqət göstərmədi, mən də elə qarşılığını verdim. Bu, onun mənə olan münasibəti yox, xarakteridir. Elə şey var ki, onu qəbul etmirsən. Sənin səsin məndən güclü ola bilər. Sən fəxri adlı, mən isə adi müğənniyəm. Yaş fərqimiz böyük deyil ki, mənə nəsə yol göstərəsən. İnsan özünü hamıdan üstün görür. Yəqin, deputat olmağa çalışır. Ondan da irəli gələ bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1390 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...