Keçmiş arvadı Anarın ona yazdığı söyüş dolu mesajları yaydı- FOTOLAR
Reper Anar Nağılbazla keçmiş həyat yoldaşı Anjelika arasında qalmaqal bitmək bilmir.
Gununsesi.info xəbər verir ki, Anar keçmiş həyat yoldaşının onu hədələdiyini, təhqir etdiyini bildirib. Anjelika isə reperin dediklərini yalan adlandırıb:
“Anarın yalan açıqlamaları məni bezdirib. Narkomanın ürəyi də zəif olur, halı da pis olur. Bunun mənə nə dəxli? Hədələyən mən yox, hədələnən mən olmuşam. Anarın narkotik istifadəçisi olduğu hamıya məlumdur. Normal həyat tərzi sürmədiyi, uşaqlarına baxmadığı heç kimə sirr deyil. Ona əvvəllər də dozadan artıq narkotik maddə qəbul etdiyi üçün bir deyil, bir neçə dəfə təcili yardım gəlib. Mənim üstümə heç nə atmasın. Reklam istəyirsə, başqa yola əl atsın. Belə boş hərəkətlərlə reklam qazanmasın. Uşaqlarının alimentini ödəsin, onlara yiyəlik eləsin. Həyatda bir dəfə də olsa, adam olsun”.
Anjelika hətta Anarın onu hədələdiyini göstərən mesajları da yayıb: Qeyd edək ki, reper keçmiş həyat yoldaşı tərəfindən hədələndiyi üçün halının pisləşdiyini və xəstəxanaya aparıldığını bildirib. (axsam.az)
1978 dəfə oxundu