Məşhur meyxanaçı Narkoloji Mərkəzdə olub: “Ola bilər ki, Aydın Xırdalanlı yanıb külə dönüb”

Məşhur meyxanaçı Narkoloji Mərkəzdə olub:

“Əgər dostumun xeyir işi olmasaydı, yəqin ki, mən də o yananların arasında olacaqdım”.

Bunu AzNews.az-a açıqlamasında tanınmış meyxana ifaçısı Aydın Xırdalanlı deyib. Uzun müddət Narkoloji Mərkəzdə müalicə olunan meyxanaçı, 7 gün öncə müvəqqəti olaraq oradan ayrılıbmış:

“Mən müalicədən təzə çıxmışam. Ola bilər ki, həmin otaqların birində Aydın Xırdalanlı yanıb külə dönüb. 25 gün müalicə olundum. Çox böyük faciədir. Xəstə adamlar yanıb kül olub. Mən birinci korpusda müalicə alırdım. Yanan isə başqa korpus olub. Orada qapılar axşamlar bağlanırdı. Əgər belə olmasaydı, bütün narkomanlar qaçıb iynə vurardılar. İçkidən, narkotikdən müalicə alan xəstə sərbəst buraxılmamalıdır. Onlar sərbəst buraxılsalar, hamısı ölər... Hələ qorxuram desinlər ki, mərkəzi Aydın Xırdalanlı yandırıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...