Mehriban Xanlarova Rəşad Dağlını məhkəməyə verəcək

Mehriban Xanlarova Rəşad Dağlını məhkəməyə verəcək


Əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovla aralarındakı məhkəmə prosesinin aqibətindən bəhs edib

Bu haqda Axşam.az-a açıqlama verən aktrisa meyxanaçı Rəşad Dağlını da məhkəməyə verəcəyini bildirib: “Kərimlə olan məhkəmə işinin sonuna kimi gedəcəm. Ya üzr istəyəcək, ya da haqqımı tələb edəcəm. Növbəti proses ayın 6-da olacaq. Bu işdən əl çəkən deyiləm. Rəşad Dağlı da haqqımda xoşagəlməz söz deyib. Bir toy məclisində lazımsız sözlər işlədib, videosu sosial şəbəkədə yayılıb. Əgər çıxıb üzr istəməsə, onu da məhkəməyə verəcəm”.

Yay istirahətindən danışan M.Xanlarova yol üstə olduğunu, Gürcüstana getdiyini bildirib:

“Ola bilsin ki, oradan da Türkiyəyə keçim. Səfərimin məqsədi işdir. Dincəlmək üçün öz vətənimdən gözəli yoxdur. Qurban olum Azərbaycanıma. Yardımlıya getdim, ordan qızımın yanına Cəlilabada yollandım. O qədər sevgi gördüm ki... Qubada, Qusarda, Nabranda oldum. Kaş ki, maaşımız yüksək olardı, öz bölgələrimizi gəzərdik”. Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. Müğənni daha sonra "İnstaqram səhifəni mən yox, köməkçim idarə edir. O sözləri köməkçim yazıb", - deyə, açıqlama vermişdi.

Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb. Sənətçi də M.Xanlarovanı məhkəməyə verib: “Çıxıb dedi ki, "Milyonların qarşısında məndən üzr istəyəcəksən. Əks halda, şəxsi həyatından elə şey danışacağam ki, başını götürüb bu respublikadan qaçacaqsan”. Bu, şərəf və ləyaqəti alçaltmaq deməkdir. Bir insanın şəxsi həyatını gündəmə gətirməyə kiminsə haqqı yoxdur. Mən də onu Yasamal Rayon Məhkəməsinə verdim. Ləyaqət və şərəfimi alçaltmaq, bir insanı təhdid etməkdə günahlandırdım. Eyni zamanda Mehriban xanımın adamları mənə zəng vurub, hədə-qorxu gəlirlər. Bununla bağlı 102 xidmətinə xəbər vermişəm. Əgər zənglərin arası kəsilməsə, Ramil Usubova müraciət edəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...