Həzrət Məryəmi təhqir edən ispan aktyor həbs edildi

Həzrət Məryəmi təhqir edən ispan aktyor həbs edildi

Dini dəyərləri təhqir etməkdə ittiham edilən ispan aktyor Villi Toledo məhkəmə prosesində iştirak etməyib.
“Ölkə.Az” xəbər verir ki, proseslərdə iştirak etməyən aktyor barədə saxlanılma qərarı çıxarılıb və Toledo Madriddə həbs edilib.


48 yaşlı Villi Madrid məhkəməsində hakim qarşısında cavab verəcək. O, Həzrət Məryəmi təhqir etməkdə ittiham edilir. Toledo keçən ilin iyul ayında “Facebook” səhifəsində İsa Peyğəmbərin anası Həzrət Məryəmi təhqir etmişdi.

“Xristian Vəkillər Dərnəyi” isə aktyoru məhkəməyə verib. Toledo isə heç bir cinayət işləmədiyini və bu səbəbdən məhkəmə proseslərində iştirak etmədiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...