"Mənə itaət etməsəniz, günaha batacaqsız" - Adnan Oktar bütün "kedicik"lərlə imam nikahlı imiş
Adnan Oktarın əsas adamı sirləri bir-bir açır
30 il Adnan Oktarın yanında olan “kediciyi” Ayşe Pars etiraflarına davam edərək təşkilatın qaranlıq və təhlükəli üzündən danışıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Pars, Oktarın sağ qolu olaraq 30 ildir qruplaşmanın içindəki bütün televiziya və internet yayımlarına tək cavabdeh şəxs idi. Həbsdə olan “kedicik” etirafçı olaraq təşkilatla bağlı bütün bildiklərini istintaqla paylaşdığı zaman türmədən çıxıb.
Pars daha öncə TV yayımları zamanı ona aşiq kimi baxmayan “kediciklər”ə A.Oktar tərəfindən işgəncə verildiyini, işgəncədən sonra ağlayan qızlara da “mənə olan sevgilərindən ağlayırlar” dediyini bildirmişdi. Ən stajlı “kediciyə” görə, Adnan Oktar qrupundakı gənc qızları və kişiləri təşkilata bağlamaq üçün fərqli üsullardan istifadə edirmiş. Pars bahalı hədiyyələr, lüks geyimlər və varlı bir həyat tərzi ilə yanaşı, buradan qaçmamaları üçün qadınların şantaj edildiyini də bildirib.
Pars “Star” telekanalının xəbərlər proqramına bu təşkilat haqqında aşağıdakı etirafları edib: “Yayım zamanı qızların əndazəni aşmış geyimləri olurdu. Bu geyim tərzi heç bir şəkildə dini olaraq qəbul edilə bilməzdi. Burada o geyimlərlə o qədər qadına Adnan Oktarın nələr edə biləcəyini təxmin edə bilərsiniz. Yaşı kiçiklər də daxil olmaq üzrə hamısı eyni ortamda idi. Adnan Oktar hər kəslə imam nikahlı idi, ya da qadınları cariyə olaraq almışdı. Statuslarına görə orada belə bir iyerarxiya vardı. Bütün internet işlərinə, efirə cavabdeh mənəm. Amma bir qorxu fırtınası, qorxu imperatorluğu var. “Bacılar” deyilən daha gənc, yeni gəlmiş olan, təşkilata daha zəif bağlarla bağlı insanlar var. “Bacılar” dediyimiz heyətin üzvlərinə isə daha çox istəklərinin bir an öncə yerinə yetirilməsi, iltifatlar, hədiyyələr, qızıllar verərək, bu cür vasitələrlə yanlarında saxlamağa çalışırlar. Bu, bir üsuldur”.
Image result for adnan oktar ayÅe pars
Parsın daha sonrakı açıqlamaları isə aşağıdakı kimidir: “Adnan Oktar 10-15 nəfərlik bir qrupun qabağına oturur və deyir ki, “sənin baxışlarını bəyənmədim, sən gəl qabağıma”. Sillə, yumruq vurur, başını yerə əyir, bir yerdən götürüb başqa tərəfə atır, yediyi yeməyi başından aşağı yerə tökür, “qayçı gətirin” deyib, sonra qayçı ilə həmin qadının saçlarını dibindən kəsir, əliylə saçlarını yolurdu”.
“Mənə itaət etməsəniz, günaha yol verərsiniz”
“Kediciklər”in təşkilat içərisində ikən ailəsi ilə görüşməsinin yasaq olduğunu deyən Pars 30 illik təşkilat həyatı boyunca ailəsindən sadəcə anası ilə 2 və ya 3 dəfə görüşdüyünü deyib: “Ailələrlə görüşməyə icazə verilmirdi. Bu, bir cinayətdir onsuz da. Müəyyən periodlarda ailənlə şahidlərin müşayiəti ilə görüşə bilərsən. Məsələn, əgər ananla görüşməyə getmisənsə, şahid evdə oturanda yanında olur. Ya da məsələn, mətbəxə özünə çay tökməyə gedirsənsə, anan da səninlə mətbəxdədirsə, şahid mütləq yanınıza gəlir. Ananla heç vaxt səni tək qoymurlar. Adnan Oktarın ən sevdiyi şey ona itaət edilməsidir. Oktar “kediciklər”ə deyirdi ki, əgər mənə itaət etməsəniz, günaha yol verərsiniz”.
Oktarın sirrini açdı: “Gizli pultu vardı...”
Oktarın heç kimə etibar etmədiyini deyən Pars televiziya yayımlarını da özəl pultla idarə etdiyini bildirib. Onun sözlərinə görə, bu pult da bilavasitə Oktatın oturduğu stolun altına yerləşdirilib. Əlində bir on-of düyməsi var, oradan səsi bağlayır. Hətta rejissor otağına səsin gəlməməsinə nail olur. Bu günə qədər Adnan Oktarın verilişlərini izləmisizsə, mütləq görmüş olarsız. Çox vaxt bunu unutduğu üçün yayıma səssiz başlayardıq. “Yayım bitdi, 5 dəqiqə fasilə verək” dediyi anda bütün kameraları mütləq bağladır”.
928 dəfə oxundu