Hepatitdən əziyyət çəkən Fədayə Laçın ev dustaqlığına buraxıla bilərmi? - Vəkildən açıqlama

Hepatitdən əziyyət çəkən Fədayə Laçın ev dustaqlığına buraxıla bilərmi? -

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının səhhətində problemlər var. O, hepatit xəstəliyində əziyyət çəkir. Fədayə Laçının ağır xəstəliyi nəzərə alına və o ev dustaqlığına buraxıla bilərmi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən vəkil Türkel Süleymanlı bildirib ki, Fədayə xanımın xəstəliyi müalicə olunan deyil:

“Elə xəstəlik var ki, 1-2 ay müalicə kursu ilə keçir, amma hepatit xəstəliyinin müalicəsi uzun çəkir. Hazırda Fədayə xanımın səhhətindəki problemlər ona çox əziyyət verir. Ailəsi və mən mütəmadi olaraq onunla görüşürük. Fədayə xanımın yekun məhkəməsində ağır xəstəliyinin nəzərə alınmasını və onun ev dustaqlığına buraxılmasını tələb edəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...