Müğənni Elnarədən kitab yazan erməninin titulları alındı - İşdən qovuldu
Erməni yazıçı Lyubik Çibuxyan azərbaycanlı müğənni Elnarə Abdullayeva haqqında kitab yazdığı üçün vəzifəsindən qovulub.
BakuPost xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi məlumat verib. O bildirib ki, L.Çibuxçyan azərbaycanlı müğənni Elnarə Abdullayeva haqqında kitab yazdığı üçün təqiblərə məruz qalıb: "Onun tək hobbisi bizim muğam müğənnimiz Elnarə Abdullayevanın mahnılarına qulaq asmaq olub. Buna görə də 2014-cü ildə "Elnara” adlı kitabını dərc etdirib. "Qara" günləri də bundan sonra başlayıb. Erməni hakim dairələri onu bütün titullardan məhrum etməklə kifayətlənməyib, vəzifəsindən də uzaqlaşdırıblar. Sabiq prezident Serj Sərkisyana 12 şikayət məktubu yazsa da ondan cavab almayıb. Bu dəfə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, ondan sığınacaq istəyib. Hətta bu haqda bütün erməni mətbuatı da məlumat yayıb. Lakin yenə də onun dərdinə çarə qılan olmayıb”.
Məlumat üçün bildirək ki, 170-dən çox kitabın müəllifi L.Çibuxçyan vaxtilə Ermənistanda bütün titullara malik olan yazıçılardan biri olub. Hətta V.Putin haqqında da kitab yazaraq, onun özünə təqdim edib.
1010 dəfə oxundu