Tərlan Əhmədov cəzalandırıldı

Tərlan Əhmədov cəzalandırıldı


AFFA AZAL-ın baş məşçqisi Tərlan Əhmədovu cəzalandırıb. Trend-in PFL-in saytına istinadən yaydığı xəbərə görə, buna onun Azərbaycan Premyer Liqasının üçüncü turunda “Qarabağ”la matçın 82-ci dəqiqəsində hakimə qarşı emosional şəkildə etiraz etməsi səbəb olub.

Etdiyi hərəkətə görə hakim tərəfindən texniki zonadan kənarlaşdırılan T.Əhmədova AFFA 1 oyunluq cəza tətbiq edib. Bu isə o deməkdir ki, T.Əhmədov 4-cü turda "Kəpəz"ə qarşı görüşü tribunadan izləməli olacaq. Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...