ARB qeyri-etik görüntüləri yayılan aparıcını işdən qovdu

ARB qeyri-etik görüntüləri yayılan aparıcını işdən qovdu

ARB Kəpəz telekanalının aparıcısı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb.

Minval.info xəbər verir ki, bu barədə “Report”a televiziyadan bildirilib. Qeyd olunub ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib: “Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilib yapışdırılmaqla internet-auditoriyaya məhz bu cür də təqdim olunub. Məsələ ilə bağlı hazırda daxili araşdırma aparılır. Bu məsələnin digər bir tərəfi də var. Belə hallarla tez-tez rastlaşmaq olur. Adətən bu cür hallara görə aparıcılar cəzalandırılmır. Lakin biz hesab edirik ki, aparıcı təkcə efirdə deyil, efirdən kənarda da etik normaları qorumalıdır.

Buna görə də ARB Kəpəz telekanalının rəhbərliyi həmin aparıcını işdən azad etməyə qərar verib. Bu, həm bizim telekanalımızın, həm ümummiyyətlə televiziya sahəsində çalışan hər bir kəs üçün örnək olmalıdır” – deyə, məlumatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...