Acunla Şeyma boşandı - VİDEO

Acunla Şeyma boşandı -

Acun Ilıcalı ilə Şeyma Subaşı rəsmən boşanıb. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir az əvvəl məhkəməyə gedən ikilinin fotoları yayılıb. Boşanmaq üçün birlikdə gələn cütlüyün şən əhvalı diqqətdən qaçmayıb.

Ötən ilin sentyabr ayında Fransada ailə quran ikilinin hansı səbəblə ayrıldığı hələ ki, məlum deyil.

Cütlük 8 dəqiqəyə boşanıb. Acun boşanma ilə bağlı açıqlama da verib: "Hər evlilikdə boşanma var. Biz də evliliyimizi xilas etməyə çalışdıq. Amma alınmadı. Buna insani yöndən baxmağınızı istəyirəm. Çalışdıq, olmadı. İkimiz üçün də xeyirlisi belədir. Dedi-qodular ola bilər. Nəticədə biz də öz aramızda kiçik bir ailə idik. İddiaların hamısı xoşagəlməzdir. Sevərək evləndik, hörmətlə ayrıldıq".

Qeyd edək ki, onların Melisa adlı bir qızı var.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1042 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...