Elzadan onu tənqid edən Rasim Balayevə şeirlə CAVAB: "Sənə verdi, ona verdi..." (VİDEO)

Elzadan onu tənqid edən Rasim Balayevə şeirlə CAVAB:

CVN internet televiziyasında qonaq olan xalq artisti Rasim Balayev əməkdar artist Elza Seydcahanın şeir yazmasını tənqid edib.

Unikal.org xəbər verir ki, Rasim Balayev müğənninin şeir söyləməsini ona irad tutub:

"Elza Seyidcahan şeirlər oxuyur. Buna bir deyən yoxdur ki, a bala işinlə məşğul ol, sən şair deyilsən. Televiziyanın sədri zadı və ya rejissoru yoxdur ki, desin bu şeirlər efirlik deyil. Bu şeirlər efirlik deyil bacım, qızım, gəlinim, nə bilim nəyim. Qoruq-qaytaq deyil bu. Onda mən çıxım ağzıma gələni danışım? Olmaz axı! Bu efirdir. Sən efir vasitəsilə hər bir evə girirsən".

Müğənni Elza Seyidcahan Rasim Balayevə cavab olaraq, Unikal.org-a bildirib ki, Rasim Balayevin onun haqqında fikir söyləməsini xoşbəxtlik hesab edir:

"Mən xoşbəxtəm ki, mənim haqqımda Rasim Balayev fikir söyləyir. 1996-1998-ci illərdə Rasim Balayevə milyonda versən mənim "Qəlbin üsyanı" layihəmdə Ramiz Rövşənin və Vaqif Səmədoğlunun sözlərinə olan şeirini söyləməzdi. Mənim sənətimə, istedadıma hörmət olmasaydı gəlib o şeiri orada söyləməzdi. Rasim Balayev elə şəxsiyyətdir ki, onun hislərini pulla almaq olmaz. Rasim müəllim ola bilər mənim olduğu deyilən anonim şeirləri nəzərdə tutur.Ya da ola bilər hansısa verilişdə parça-parça şeir deməyimi eşidib. Ona aydın olmur o fikir. "Mən dəlinin rəssamı" adlı kitabımı Rasim müəllimə tövsiyyə edərəm ya da ona hədiyyə etmək mənim borcumdur. Onun tənqidi də mənim üçün tərifdir. Çünki onlar bizim böyüklərimizdir, biz onları qorumalıyıq.

Əməkdar artist əlavə edib ki, televiziya rəhbərləri onun şeir söyləməsini bəyənir:

"Televiziya rəhbərləri mənim şeirlərimi bəyənməsəydilər məni ARB kanalında şairlər müsabiqəsində münsif əyləşdirməzdilər. Düzdür, bəzi insanlar bunu qəribçiliyə yozdular. Bu gün xalqımız və yazarlar mənə deyirlər ki, o verilişdə olan münsif heyətində ən doğru, dürüst məsləhəti siz və Qulu Ağsəs verirdi. Yəni, demək istəyirəm ki, mən ora xahiş-minnət edib çıxmamışdım. Məni həmin verilişə yalvara-yalvara gətirmişdilər. Orada da şeir yazanların çoxu mənim tərzimdə yazırdılar. Mən Nəsimi, Füzuli, Seyid Əzim Şirvani yox Elza Seyidcahanam".

Sonda Elza Seyidcahan xalq artisti Rasim Balayevə şeir ünvanlayıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...