Adnan Oktar həbsxanadan Ərdoğana məktub yazdı SİYAHI

Adnan Oktar həbsxanadan Ərdoğana məktub yazdı

“Cinayət törətmək məqsədilə qruplaşma yaratmaq” və “cinsi istismar” maddələri üzrə həbs edilən Adnan Oktar həbsxanadan prezident Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Oktar həbsxanada yaşayış şəraitinin çox pis olduğunu və ölkə başçısının bununla bağlı təlimat verməsini istəyib. 6 aydır Ədirnə həbsxanasında olan təriqət başçısı Ərdoğana məktubunda vaxtilə prezidentin qaldığı Pınarhisar həbsxanasındakı şəaritlə bu günkü cəza evlərinin arasında “uçurum” olduğunu yazıb:

“40 min nəfərin yatağı yoxdur. 80 min nəfər eyni yatağı istifadə etmək məcburiyyətindədir. Təmizlik, su çatışmazlığı, isitmə problemi, qidaların keyfiyyətinin aşağı olması problemlər sırasındadır. Hər şey cənab prezidentimizdən gələcək bir təlimata baxır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...