Sevgilililər Gününə qarşı etiraz aksiyası keçirildi

Sevgilililər Gününə qarşı etiraz aksiyası keçirildi

Sevgililər Günündə hədiyyə almaq məsələsini təkcə bizim ölkədə özünə dərd etmirlər. Yaponiyada da 14 fevral ritualları adamları bezdirib. Konkret yapon qadınlar etiraz aksiyasına başlayıb. Onlar həmin gün kişilərə hədiyyə verməkdən imtina edir.

Bizimyol.info “The Gardian”a istinadən xəbər verir ki, Yaponiyada fevralın 14-də xərcə düşmək xüsusi rituala çevrilib. Hədiyyə verməyənlər ciddi qınağa səbəb olur. Bu təcrübə “giri choco” adlanır. Yəni “məcburi şokolad”. Kişilər bu addıma düz bir ay sonra – martın 14-də cavab verirlər. Onda da qadınlara konfet verilir. Etirazçı kəsim hesab edir ki, rituallar satışı artırmaq üçün uydurulmuş adətdir.

Araşdırmalar göstərir ki, bu il Sevgililər Günündə yapon qadınların 60 faizi şokoladı özü üçün alacaq. Respondentlərin 56 faizi ailəsini unutmayacaq. Yalnız 35 faiz sevgilisinə şokolad təqdim edəcək. Etirazlar rəqəmlərdə də özünü göstərməyə başlayıb.

Etirazçı kəsimlə razılaşmamaq olmur. Çünki bu ritualın müəllifi məhz sahibkarlardır. Ötən əsrin 50-ci illərində Sevgililər Günündə şokolad hədiyyə etmək ənənəsinin bünövrəsi qoyulub. Hələ o vaxtlar bu yolla milyonlar qazanmaq olurdu. İndi sahibkarlar 14 fevral ərəfəsində ilin qalan günləri qədər pul qazanırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...