Elnarla Ayselin yalançı nişan şousu: "Evləndilər"

Elnarla Ayselin yalançı nişan şousu:

Müğənni Elnar Xəlilov bir neçə gün öncə nişanını atdığı Aysel Nəcəfli ilə barışıb. Open.az xəbər verir ki, cütlük bu gün rəsmi nikaha daxil olub. Onlar artıq toya hazırılaşır. Aysel və Elnarın toyu mart ayının 8-də reallaşacaq.

Qeyd edək ki, bu haqda Aysel "İnstagram" hesabında məlumat verib: "Biz həqiqətən ayrı idik. Şou göstərmirdik. Hər kəsə ayrılıqdan da əvvəl toyumuzun olacağını demişdik. Bunu fürsət bilib adımızdan məlumat yaydılar. Hər şey bir neçə gündə baş verdi. Bir neçə gündür barışmışıq, bildirmədik. Çünki rəsmi nikah günümüzdə açıqlamaq istədik. Artıq bizə xoşbəxtlik arzularından başqa heç nə yazmayın".

Xatırladaq ki, cütlük bir neçə gün bundan öncə ayrıldıqlarını dilə gətirərək, toyun reallaşmayacağını söyləmişdilər.


Elnarla Ayselin yalançı nişan şousu:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...