Afət: "Hələ məndə Rozanın başqa pozada şəkilləri də var"

Afət: "Hələ məndə Rozanın başqa pozada şəkilləri də var"

Müğənnilər Roza Zərgərli ilə Afət Fərmanqızı arasındakı qalmaqal daha da böyüyüb. Gundeminfo.az axşam.az-a istinadən bildirir ki, buna səbəb Afətin Rozanın illər əvvəl yayılan açıq-saçıq fotosunu İnstaqramda paylaşması olub. Bu haqda sosial şəbəkədə yazan Zərgərli Afətin qanun qarşsıında cavab verəcəyini söyləyib:

"Afət Fərmanqızı, sizin İnstaqram hesabınızda paylaşdığınız şəklə görə - 3 il bundan əvvəl bəzi saytlar montaj olunmuş şəkil paylaşdıqları üçün (ekspert rəyi ilə) qanun qarşısında öz cəzalarını alıblar. Siz də bu saxta şəkli paylaşmaqla insanlarda fikir formalaşdırırsız, bu da ayrı bir cinayyət məsuliyyətidir və qəbahətdir. Buna görə cavabdehlik daşıyacaqsınız.

Sizə heç kim haqq verməyib ki, Azərbaycan Respublikasının sənətkarlarına ağzınıza gələn təhqirləri, natəmiz sözləri onlara qarşı səsləndirəsiz. Buna görə də ayrıca cavabdehlik daşıyacaqsız. Sizə çox yazığım gəlir, bilirsiz nəyə? Siz öz səhvlərinizi görmürsüz və elə bilirsiz hər hansı bir qadını alçatmaqla, siz gözdə qalxırsız. Bu sizin yalnışınızdır. Bu mənim sənə sosial media tərəfindən deyəcəyim son sözümdür, Afət Fərmanqızı".

Qeyd edək ki, Afət Roza Zərgərli barəsində bu sözləri deyib:

"Oğluma söz verdim, bu gündən heç kimə cavab verməyəcəm. Qurban olsunlar balama! Mənə söz atanları, əsas akulaları (Xalq artisti Flora Kərimova ilə Brilliant Dadaşovamı nəzərdə tutur-red) necə lazımdırsa oturtdum, qucaqdakı orijinal şəkilləri (hələ başqa pozada şəkilləri də var məndə) gündəmə gətirdim (Roza Zərgərlini nəzərdə tutur-red). Yalandan video paylaşıb ki, guya montajdır, sənin paylaşdığın montajdır.

Oğlum məndən çox xahiş etdi ki, heç kimə cavab verməyim, amma cavab verdim. Bu dəfə isə vaz keçə bilmədim. Çünki hər şeyi taparam, balamı yox! Sabahdan heç kimə cavab verməyəcəm, son!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...