Çak Norris Bakıya gəlir

Çak Norris Bakıya gəlir


Hollivud ulduzu, amerikan aktyor və döyüş növləri ustası Çak Norris Bakıya gəlir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Sudo döyüş növləri cəmiyyətinin sədri, çun-kuk-do Azərbaycan nümayəndəliyinin və peşəkar karate-do təşkilatının rəhbəri Sabir Süleyman verib. Apasport-a açıqlama verən Sabir Süleyman tanınmış kinoaktyor Çak Norrislə görüşündən də danışıb. Samir Süleyman bildirib ki, Norris dağ keçisi ovlamağı çox xoşlayır:

“Çak Norris ilə yanaşı, iki qardaşı, anası və həyat yoldaşı ilə görüşlərim olub. Süfrə arxasında söhbət edirdik. Daha çox Azərbaycan və bu ölkənin idmanı barədə danışdıq, onları ətraflı məlumatlandırdım. Təəssüf ki, ölkəmiz ABŞ-da çox az tanınır. Bunu görüşlərim zamanı hiss etdim. Çak Norrisin qardaşlarından Ken Qallaher ABŞ Döyüş Növləri Federasiyasının (UFAF) prezidenti, digər qardaşı isə Aron Norrisdi. Ov həvəskarıdır. Mən də ona Azərbaycanda ov üçün gözəl yerlər olduğunu dedim və ölkəmizə dəvət etdim. Çak Norris gələn ilin sentyabrında bura gəlməyə söz verdi. Düşünürəm ki, buranı görsə, film də çəkdirər.

Xüsusən də, Babadağ ətəyində ekstrim yerlər var. Çak Norris keçən il bizi bir tədbirə dəvət etsə də, iştirak edə bilməmişdik. Bu il Qafqaz regionu, Orta Asiya və Postsovet ölkələri adından yalnız Azərbaycan nümayəndəsi dəvət almışdı ki, o da mən idim. Bu da onunla bağlıdı ki, biz çun-kuk-do döyüş növünü Azərbaycanda təmsil edirik”.

Xatırladaq ki, əsl adı Karlos Rey Norris olan Çak Norris 1940-cı ildə ABŞ-ın Oklahoma ştatının Rayan şəhərciyində doğulub. Aktyor 5 uşaq atasıdır. Aktyora məşhurluq gətirən filmlər arasında “Prezidentin adamı”, “Əjdahanın qayıdışı”, “Müəllim-tələbə”, “Yaxşı oğlanlar qara geyinir” kimi filmlərin adını çəkmək olar.
- See more at: http://axar.az/news/63536#sthash.f8wqG2tl.dpuf



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...