Habil Əliyevin vəziyyəti ağır olaraq qalır

Habil Əliyevin vəziyyəti ağır olaraq qalır


“Xalq artisti Habil Əliyevin səhhətində heç bir irəliləyiş yoxdur. Vəziyyəti ağır olaraq qalır. Danışması və yemək yeməsi bərpa olunmayıb.”

Bunu anspress-ə açıqlamasında kamança ustasının həyat yoldaşı Şəfiqə Əliyeva bildirib. Onun sözlərinə görə, hazırda bütün qohumlar və ailə üzvləri bir yerə toplaşaraq nə baş verəcəyini gözləyir. "Ümidimiz tək Allahadır. Həkimlər də 24 saat yoldaşımı nəzarət altında saxlayırlar. Baş verə biləcək hər bir hadisəyə hazır olmalıyıq”, -deyə sənətkarın həyat yoldaşı əlavə edib.

Kamança ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdı. Dünən gecə saat 03 radələrində isə xalq artisti yenidən halı pisləşərək komaya düşmüşdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...