“Mərcə görə dostluğumuzu bitirdik” – Şəhriyar Oksanadan danışdı
Rəqqasə Oksana Rəsulova və Şəhriyar Əbilovun dostluğunun bitməsi barədə məlumat yayılıb. Gundeminfo.az xəbər verir ki, Axşam.az-a danışan Əbilov Rəsulova ilə küsmədiklərini bildirib:
“Hər zaman dost olmuşuq. Türkiyədə olanda da bütün doğru məsləhətləri Oksana mənə verib. Yaxın günlərdə yeni proektlərimiz olacaq. Türkiyədəki praktikamı bitirmişəm. Uzun müddət Bakıda olacam və Oksana ilə yeni işlərimizə başlayacağıq. Dünən də bir yerdə idik, bu gün də birlikdə sərgidə olacağıq. İttihamlar əsassızdır. Hər şey yaxşıdır. Dost kimi heç vaxt Oksananı itirmək istəmərəm. Mən “Mələyin öpüşü”nün “YARAT”da təqdimatı zamanı, “Azərbaycan Moda Həftəsi”ndə model kimi səhnəyə çıxırdım, ona görə də tədbirə qatıla bilmədim”.
Şəhriyar Oksananı İnstaqramda izləmədən çıxarmasını isə belə izah edib: “Balaca bir zarafatımız var. Sözləşdik və mərcə girdik. Mərcə görə İnstaqramdakı dostluğumuzu bitirdik və izləmədən çıxardıq. İndi kim birinci “follow” atsa, mərci uduzacaq. Mən uduzmağı qəbul etmirəm, həmçinin, o da prinsipə düşüb. Biz həmişə bir-birimizin yanında olmuşuq, dəstək çıxmışıq. Bu, bundan sonra da belə olacaq”. Qeyd edək ki, onların bir neçə aydır danışmadığı bildirilirdi.
1111 dəfə oxundu