Kübra Əliyevanın oğlu həbsxanada öldü - Aktrisa fəryad etdi

Kübra Əliyevanın oğlu həbsxanada öldü -


Əməkdar artist Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov dünyasını dəyişib.

GUNDEMİNFO.AZ xəbər verir ki, məlumatı gecce.az-a təqdiqləyən Kübra xanım göz yaşı içində bunları danışıb: "Rauf cəzaçəkmə məntəqəsinin xəstəxanasında yatırdı. Ciyərində xəstəliyi var idi. Həkimlər çox səy göstərdi, amma ağır vəziyyətdən xilas edə bilmədilər. Böyük oğlum idi, dayağım idi, getdi... Övlad dərdi mənə dağ çəkdi".

Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən, Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu. Onu da qeyd edək ki, Kübra xanım 5 il öncə daha bir övladını itirib. Onun kiçik oğlu da dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...