”Təranə məşuqəm olub” - Nazəninin əri

”Təranə məşuqəm olub” -


Müğənni Təranə Qumral bu dəfə həmkarı Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovla məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, ANS-də yayımlanan "Bazar səhəri" verilişində Təranə Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə münasibətdə olmaqda günahlandırmışdı. Proqramda yaşanan qalmaqaldan sonra sənətçilər məhkəməlik olmuşdu. Məhkəmədə araşdırma zamanı sübut olunmuşdu ki, Təranə Qumralın Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovla münasibəti olub.

Hadisədən sonra Qumral həmkarının həyat yoldaşı Məhəbbətin fotosunu sosial şəbəkədə paylaşıb və onun ünvanına təhqiramiz sözlər yazıb. Nazəninin əri bundan sonra məhkəməyə müraciət edərək Təranə Qumralın təkzib verməsini və 100.000 manat pul ödəməsini tələb edib. "Qafqazinfo" xəbər verir ki, Nazənin əri bildirib ki, ilk məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində keçirilib.
“Hər zaman susmuşam. Həyat yoldaşım təhqir olunandan sonra danışmağa qərar verdim. Nazənin arxasında mənim kimi əri var, onun təhqir olunmağına imkan vermərəm. Təranə ilə intim münasibətim olub. Bunu məhkəmədə sübut etmişik. Təranənin intim mesajlarını telefonumda hələ də saxlamışam. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilmişdi. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın yazdığı mesajlar da üzə çıxarılmışdı. Bir daha qeyd edirəm ki, Təranə mənim məşuqəm olub. Ona sual verirəm ki, Musa Musayev hələ də bunlara göz yumur?”.

Proses haqda danışan Məhəbbət Həsənovun vəkili Adəm Məmmədov açıqlamasında qeyd edib ki, Təranə Qumral “İnstagram” səhifəsindən imtina edib:

“ “İnstagram” səhifəsini bağlamaqla Qumral canını qurtara bilməz. Həmin profilin kimə aid olduğunu təyin etmək hüquq-mühafizə orqanlarına çətin deyil. Birinin şərəf və ləyaqətini təhqir edən şəxs məsuliyyətdən qaça bilməz. Birinci prosesdən Təranə Qumral başa düşdü ki, artıq uduzub. O, üzr istəməli və mənəvi təzminat ödəməlidirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...