Ömrü uzadan meyvə şirəsi

Ömrü uzadan meyvə şirəsi
Tədqiqat nəticəsində elm adamları insan ömrünü uzadan meyvə şirəsini müəyyən ediblər.

Bu barədə “Report” “Express” nəşrinə istinadən xəbər verir.

Araşdırmalara görə, nar şirəsi nəinki ömrü uzadır, eyni zamanda xərçəngin yaranma riskini də azalda bilər.

Beləliklə, mütəxəssislər tərəfindən meyvə milçəkləri üzərində aparılan təcrübə nəticəsində məlum olub ki, nar şirəsi erkək milçəyin ömrünü 18 faiz, dişi milçəyin ömrünü isə 8 faiz artırmasına kömək edir.

Bu şirəni içən digər böcəklərin gün ərzində fiziki cəhətdən daha aktiv olduqları da qeyd olunub.

Mütəxəssislər bildirib ki, nar suyunda hüceyrələrdəki mitokondrialın funksiyanı yaxşılaşdıran urolitin A adlı maddə mövcuddur.

Mitokondrialın funksiyasının yaxşılaşması isə bədənin qocalma prosesini ləngitməyə kömək edir. Bundan əlavə, nar şirəsi ürək xəstəlikləri riskini də azaldır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...