“Xaricdə oxuyanlar burada heç nə edə bilmədi“ - Sənubər İsgəndərli

“Xaricdə oxuyanlar burada heç nə edə bilmədi“ -

Əməkdar artist Sənubər İsgəndərli "Kinomən" proqramının qonağı olub.

GUNDEMİNFO.AZ xəbər verir ki, aktrisa sevgidən, sənətdən bəhs edib. O, aparıcının "Yəqin minlərlə tərif eşitmisiz, nə vaxt inanmamağa başladınız? Nə vaxtdan kişilərə inanmırsız?" sualına belə cavab verib:

"O sözlərin hər zaman arxası boş olub. Həyat təcrübəsidir. Kişi söz yox, əməlində bilinər. Diqqəti, sevgini əməldə göstərməlidir. Boş-boş danışmaqla yox. Mənim həyatımda belədir".

S.İsgəndərli Azərbaycan filminin hazırki durumundan, Hollivud sevgisindən danışıb:

"İlk növbədə savadlı kadr lazımdır. İşıqçı, fəhlə belə kinonu sevən, can yandıran, başıçıxan olmalıdır. Rejissor filmi yuxuda görüb çəkməlidir. Onda biz nəyəsə qadir ola bilərik. Biz itirilmiş nəsilik. 1980-ci illərin sonu gəldik sənətə, 1990-cı ildən kinostudiya üzüstə qaldı. Xaricdə gedib oxuyanlar burada heç nə edə bilmədi. Balaca dirçəlirdik ki, yaşlandıq. Gənc kadrlar isə yetişmədi. 15-20 il itdi getdi. "Şərikli çörəyi", "Bir Cənub şəhəri"ni də biz çəkmişik. Nəsə sonra bunlar olmadı? İndi bir az hərəkət var. Yəqin ki, 20 ilə Hollivudun qırmızı xalçasında bizdən kimsə olar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...