Baloğlan Əşrəfov koronavirusa yoluxdu

Baloğlan Əşrəfov koronavirusa yoluxdu

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Lent.az-a açıqlama verən 69 yaşlı müğənni bildirib ki, hazırda özünü yaxşı hiss etmir:

“13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.

Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən tanınmış müğənni 2007-ci il martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra müğənniyə Türkiyədə qaraciyər köçürülmüşdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...