Nazənin Manaf Ağayevi yıxdı-sürüdü: “Qaza gəlir...“

Nazənin Manaf Ağayevi yıxdı-sürüdü:

Müğənni Nazənin bir vaxtlar dost olduğu Manaf Ağayevlə küsmələrinin səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu haqda "Həmin Zaur" proqramında danışan sənətçi buna Əflatun Qubadovun oğlunun fotosunu paylaşmasının olduğunu deyib. Belə ki, ifaçı müğənni Əflatun Qubadovun İkinci Vətən müharibəsində iştirak edən oğlunun fotosunu İnstaqram hesabında yayımlayıb. Bu isə Manafla onun arasında qalmaqala səbəb olub. Nazənin M.Ağayevin onunla danışmadığını söyləyib:

"Bunu paylaşmağımı heç kim mənə tapşırmayıb. Düzgün deyil. Manafın da oğlu getsin, onu da paylaşacam. İkisinin də xətrini çox istəyirəm. Ətrafda kimlərsə qızışdırır. Özüm Əflatunun oğlunu paylaşdım, sonra dedi ki, sil və sildim. Kimisə aldatmaram. Dünya dağılsa da etmərəm. Manafı dünya qədər istəyirəm. Boş-boş söhbətlərdir. Hələ ki, Manaf qaza gəlir, dəmə gedir. Boş-boş şeylərdir. Əflatunla qardaşdılar. Ona dost, qardaş deyir. Qardaşının övladının şəklini paylaşmışam, burada nə var?".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...