“Balalarıma əziyyət verən insanı heç vaxt bağışlamaram“- Canana Mətanət haqda

“Balalarıma əziyyət verən insanı heç vaxt bağışlamaram“-

Uzun müddətdir ki, əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasında qalmaqal bitmək bilmir.

Gundeminfo.az xəbər verir ki, Mətanət koronavirusa yoluxan zaman Canana sosial media hesabında keçmiş qayınanası ilə fotosunu paylaşaraq izləyicilərdən ona dua etmələrini xahiş edib. Lakin izləyiciləri onun bu addımını birmənalı qarşılamadılar. Bununla bağlı Canana yenə də sosial media hesabında açıqlama yayıb:

"Komentlərinizi oxuyub inanın düşünürəm necə də qınayırsız, mən sadəcə dua edib şəfa istədim demədim ki, mən bağışlayıram. Mən balalarıma əziyyət verən insanı heç bir vaxt bağışlamaram. Bəli, mənim balalarım bu günkü gündə evsizdir. Mətanət xanımın oğlunun artıq ailə həyatı quracağı namizədi mənə zəng vurub hədə-qorxu gəlir, deyir "3 uşağını 500 manat alimentlə dolandır". "Onları artıq evlə bağlı müraciət edib narahat etmə". Sizcə haqq budur? 21 il o ailədə gəlin olmuşam. 8 il nişanlı 12 il gəlin. Bu uşaqlar sizin fikrinizcə evsiz qalmalıdılar? Sualım məni qınayanlaradır. Onsuz da bilirsiz ki, pulsuz heç bir məhkəmədə qalib ola bilmirsən. Haqqlı olsanda haqsız çıxardırlar. Buraxıram zamanın öhdəsinə. Zaman hər bir şeyin dərmanıdır". (Big.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...