Əməkdar artist: “Həmin gün qurban kəsəcəm“

Əməkdar artist: “Həmin gün qurban kəsəcəm“

“Hər dəfə doğma teatrmızın yanından keçəndə divarını öpürəm, sonra keçirəm. Bütün günü əlim duadadır ki, ay Allah, özün tezliklə bizim də qapımızı aç...”

Bu sözləri Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova
deyib.

Sənətçi teatrların açılacağı gün qurban kəsəcəyini bildirib:

“Teatr üçün darıxmaq da sözdürmü? Burnumun ucu göynəyir... Bu dəqiqə teatrımızın yanında ötdüm. Hər dəfə yanından keçəndə divarını öpürəm, sonra keçirəm. Bütün günü əlim duadadır ki, ay Allah, özün tezliklə bizim də qapımızı aç. Qurban demişəm, teatrlar açılan gün qurban kəsəcəyəm. Teatrın qapısından girib qurbanı kəsəcəm. Təbii ki, hər bir sənətçi, tək mən yox bütün aktyor və aktrisalar teatr üçün darıxıb. Mənsə ələlxüsus teatr üçün ölürəm. Tamaşalar üçün darıxıram, ölürəm”.

O, teatrlar açılmasa da, məşqlərə icazə verilməsini istəyib:

“İstəyərəm ki, teatrlar açılmasa da heç olmasa məşqlərə icazə verilsin. Belə olsa, əla olardı. Düzdür, bir ildən çoxdur sənətçilər çalışmır, amma onların performansları düşməyib. Çünki çoxsu seriallarda, kinolarda, reklamlarda rol alıblar. O da az bir şey deyil. Belə kiçik şeylərlə aktyorlar öz stresslərini atırlar. Allah tezliklə qapımızı açsın. İnanıram ki, bu yaxınlarda bizim də üzümüz güləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...