Səidə Sultan: “Ən bahalı maşınları xanəndə qızlar sürürlər” - VİDEO

Səidə Sultan: “Ən bahalı maşınları xanəndə qızlar sürürlər” -
“Dəfi abır bilirsinizsə, dəf abır məktəbi kimi qiymətləndirilirsə, onda o biri tərəfdən də abırlı olmaq lazımdır. Amma vallah, sizə deyim ki, bu gün ən bahalı maşınları xanəndə qızlar sürürlər. Dəflə deyil, istəyirsən, dəfi al əlinə, istəyirsən - alma. Nigar özü əla musiqiçidir”.

Baku.ws xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Şourum” verilişində deyib. Sənətçi bəzi şou-biznes nümayəndələrinin efirə çıxıb abır dərsi verməsini qınayıb. S.Sultan hamının hər kəsi çox yaxşı tanıdığını bildirib:

“Bəzən efirə çıxırlar, guya bunlar böyükdürlər və başlayırlar kiməsə abır dərsi öyrətməyə. Adam demək istəyir ki, “bir dəqiqə də, saxla...” Əgər sən məni aşkarda günah edənlərdən sayırsansa, onda sən də gizlinlərdə günah edənlərdənsən. Bizim aramızda heç bir fərq yoxdur”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...