Elman Rəfiyevin ölkədən çıxışına “stop” qoyuldu

Elman Rəfiyevin ölkədən çıxışına “stop” qoyuldu
Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub.

GUNDEMİNFO.az xəbər verir ki, bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

Məlum olub ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb.

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən teatrın direktorudur.//Qafqazinfo



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...